“Uşaqlara verilən yuxu dərmanları ziyandı”


Digərləri 13 Yan 2018 23:25:00 63 0

“Uşaqlara verilən yuxu dərmanları ziyandı”

Hazırda demək olar ki, əksər uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu, özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir, içir, səhər açılanda isə yuxuya gedir və axşam saatlarına qədər yatır. Təbii ki, bu hal valideynlərə yaratdığı çətinliklə bərabər, uşaqların özlərinin sağlamlığına da ciddi şəkildə zərər verir. Çünki gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir. Bəs görəsən niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbləri hansılardır? Bu cür hallarda dərman preparatlarının qəbulu məqbuldurmu?

Son.az lent.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı sualları nevropatoloq Rima İbadova cavablandırıb.   Rima İbadova deyir ki, uşaqlarda yuxu ilə bağlı problemlər çox zaman ortaya çıxır. Hətta onlara edilən müraciətlərin 80-90 faizi uşaqlarda yuxu problemi ilə bağlı olur: "Çox zaman onlar normal inkişaf edən uşaqlardır. Sadəcə uşağın yuxusu yoxdur deyə gəlirlər. Belə hallarda valideynlərə yuxu rejimini normallaşdırmaq üçün müəyyən qaydalar tətbiq etmələrini tövsiyə edirik. Bu, zamanla düzəlir. Digər halda isə qısa müddətli dərman müalicəsindən istifadə edirik. Qeyd edim ki, yeni doğulma dönəmindən iki yaşa qədər olan uşaqlarda gecə yuxusu kəsintilərində uşaqların Non-REM və REM yuxu fazaları hələ tam formalaşmadığına görə bir çox hallarda normal dəyərləndirilir. Bəzən uşaq gecə yatmır, gündüz yatır, yuxuda kəsintilər olur. Bu zaman bəzi valideynlər yanlışlığa yol verirlər. Uşaqda hər hansı yuxu pozuqluğu hiss edən kimi bəzi dərmanlardan istifadə etməyə tələsirlər. Bu, səhv yanaşmadır. Əgər yuxu probleminin altında başqa bir orqanik səbəb yoxdursa, 3 yaşa qədər uşaqlara bu cür dərmanlar verilməməlidir. Hətta bitki tərkibli olsa belə, uşaqlara yuxu problemini aradan qaldırmaq üçün dərman vasitələrinin verilməsi tövsiyə edilmir".   Yuxuda olan hərəkət pozuntularına diqqət   Həkimin sözlərinə görə, uşağın yuxusunda olan hərəkət pozuntularına istənilən halda diqqətlə yanaşmaq lazımdır: "Uşağın yuxuya çətin getməsi, yuxuda tez-tez hərəkət və pozisiya dəyişikliklərinin olması, ağızla nəfəs alma, enurez - gecə yataq islatma kimi hallara diqqət edilməlidir. Həmçinin gecə diş qıcırdatmalar, bruksizm dediyimiz hallara da. Bəzən bunu qurdla əlaqələndirilir. Amma bu əlamətin qurdla heç bir əlaqəsi yoxdur. Həmçinin gecə yuxuda gəzmələr, gecə yuxuda qorxmalar, sayıqlamaların olması, səhər ağız quruluğu ilə yuxudan oyanma, səhər yuxudan çətin oyanma, gün ərzində uşağın yorğun, yuxulu olması hamısı yuxu problemlərindən xəbər verə bilər. Bu problemlər parasomni dediyimiz yuxu xəstəliklərindən, eyni zamanda, ağır orqanik problemlərdən də xəbər verə bilər".   Nevropatoloq xəbərdarlıq edir ki, bir sıra epileptik sindromlar, yuxuda nitq problemləri ilə gedən bir sıra kompleks tutmalar, bəzi xoşxassəli epilepsiya sindromları və bir sıra sindromlar yuxu problemləri, yuxuda hərəkət və nitq problemləri kimi özünü göstərə bilir: "Bir sıra pediatrik sindromlar da gecə yuxuları narahatçılığı ilə özünü göstərə bilər. Ona görə də bu və ya digər dərəcədə yuxu problemi hiss etdiyiniz zaman mütləq şəkildə videoya alınmalı və həkiminiz tərəfindən dəyərləndirilməli, doğru diaqnoz qoyulduqdan sonra müvafiq müalicəyə başlanılıb-başlanılmamasına qərar verilməlidir".   Uşaqlar valideynləri ilə bərabər gec saatlara qədər yatmır   R.İbadova nisbətən böyük yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəblərinə də aydınlıq gətirib. O deyir ki, bu, daha çox məktəb yaşlı uşaqların telefonlardan, digər elektronik vasitələrdən istifadəsi ilə əlaqələndirilir: "Uşaqlar çox gec yatırlar və gec oyanırlar. Bu, doğru deyil. Xüsusən də orqanizmin normal fiziki aktivliyini bərpa etmək üçün gecə yuxusu vacibdir. Çünki uşaqlarda boy hormonu gecələr daha çox ifraz olunur. Əksərən bu, valideynləri ilə bərabər gec saatlara qədər yatmayan uşaqlarda rast gəlinir. Əgər problem bundan qaynaqlanırsa, ilk növbədə, rejimi normallaşdırmaq lazımdır. Çox zaman uşaqlar bağçaya gedəndə valideynlər deyir ki, uşağın rejimi düzəldi. Çünki səhər saat 8-də dururlar, günorta normal yuxularını yatırlar, axşam da gələndə normal zamanında yatırlar. Amma ev şəraitində uşaqlar valideynlərlə bərabər gec saatlara qədər oyaq qalır, səhər də günortaya qədər yatırlar. Hətta onları saat 1-də, 2-də güclə oyadırlar. Yəni valideyn özü buna şərait yaradır. Belə olan halda əlbəttə ki, uşaqların normal yuxu rejimi formalaşmayacaq".   Yuxu problemi iki həftədən çox davam edərsə...   Mütəxəssis məsləhət görür ki, uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalardan istifadə etsinlər, duş qəbulu, təmiz hava da buna çox kömək edər: "Xüsusi diqqət etmək lazımdır ki, yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmasın. Yataq oyun yeri deyil və uşaq həmin yerin yatmaq üçün olduğunu bilməlidir. O cümlədən yataq rahat və yumşaq olmalıdır, yataq otağında televizor olmamalıdır. Otağın havasını tez-tez dəyişmək lazımdır, bu, çox vacibdir. Uşaq yatmazdan qabaq ona ağır qidalar verməyin. Göstərilən bu hallarla yuxu rejimini tədricən normallaşdırmaq olar. Bunlara rəğmən yuxu problemi iki həftədən çox davam edərsə, o zaman dərman vasitələri ilə kömək etmək olar".   Nevropatoloq bildirir ki, ana südü ilə qidalandığı dönəmdə uşaq anası ilə bərabər yata bilərlər: "Çünki ana tez-tez süd verməli olduğu üçün hər dəqiqə yatağından gedib uşağı götürməsi bir az çətinlik yaradır. Amma ümumi baxımdan uşaqlar valideynlərindən ayrı yatmağa nə qədər tez öyrəşdirilsə, bir o qədər yaxşıdır".

Xorultunuz evdəkiləri yatmağa qoymursa...  Bu hərəkətlərlə bütün like
  • 13 Yan 23:20  
Digərləri Xorultunuz evdəkiləri yatmağa qoymursa... Bu hərəkətlərlə bütün

Xoruldamanın bir çox səbəbləri var, amma ən başlıca səbəbi dilin dibin

arrow Ətraflı
Kanadada 10 minə yaxın insan işıqsız qalıb like
  • 13 Yan 23:16  
Digərləri Kanadada 10 minə yaxın insan işıqsız qalıb

Kanadanın Nyu-Braunsuik əyalətində 10 minə yaxın insan elektriksiz qalıb

arrow Ətraflı
Sumqayıtda piyadanı maşın vurub, sürücü qaçıb like
  • 13 Yan 23:16  
Digərləri Sumqayıtda piyadanı maşın vurub, sürücü qaçıb

Xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb

arrow Ətraflı
Mal sahibini axtarıb tapa bilməyən adam nə etməlidir? like
  • 13 Yan 23:15  
Digərləri Mal sahibini axtarıb tapa bilməyən adam nə etməlidir?

Adam vaxtilə bilmədən və ya səhlənkarlıq üzündən başqasının malın

arrow Ətraflı
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib like
  • 13 Yan 23:14  
Digərləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçi

arrow Ətraflı
İranda zəlzələ olub like
  • 13 Yan 23:12  
Dünya İranda zəlzələ olub

İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şirvanda evin çardağı çöküb, xəsarət alan var  FOTO like
  • 13 Yan 23:11  
Digərləri Şirvanda evin çardağı çöküb, xəsarət alan var FOTO

Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin dam örtüyü tə

arrow Ətraflı
Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır" like
  • 13 Yan 23:10  
Sosial Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"

“Müxtəlif ölkələrdən Cümhuriyyət tarixinə dair ilk mənbə və arxiv

arrow Ətraflı
Həyat yoldaşının qəlbini fəth etmək üçün açarlar like
  • 13 Yan 23:10  
Digərləri Həyat yoldaşının qəlbini fəth etmək üçün açarlar

Xanımın qəlbini fəth etmək hər bir ailə başçısının əsil hədəfi ol

arrow Ətraflı
Qara və ağ Çikaqo  FOTO like
  • 13 Yan 23:01  
Digərləri Qara və ağ Çikaqo FOTO

Amerikalı fotoqraf Ceyson M.Patterson artıq 25 ildir ki, yaşadığı Çikaqo

arrow Ətraflı
Özünüdərk – xoşbəxtliyə gedən yoldur like
  • 13 Yan 22:55  
Digərləri Özünüdərk – xoşbəxtliyə gedən yoldur

Özünüdərk - əlbət ki, insan üçün ən vacib və ən əhəmiyyətli şeyl

arrow Ətraflı
"Onun təfəkkürü gicgic şüarlardan o tərəfə keçə bilmirdi" like
  • 13 Yan 22:52  
Digərləri "Onun təfəkkürü gicgic şüarlardan o tərəfə keçə bilmirdi"

Azərbaycanın gənc yazarlarından və jurnalistlərindənr olan Kəramət Böy

arrow Ətraflı
Xoşbəxtliyinə 1 addım da yaxınlaş! like
  • 13 Yan 22:50  
Digərləri Xoşbəxtliyinə 1 addım da yaxınlaş!

Xoşbəxt həyatın sirri 18 addımda gizlidir.

arrow Ətraflı
Cavan qocalar və qoca cavanlar like
  • 13 Yan 22:45  
Digərləri Cavan qocalar və qoca cavanlar

İslam məktəbinin verdiyi dərslər: ey cavanlar! Nəsihətimi qəbul edin! Ca

arrow Ətraflı