Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib


Siyasət 13 Yan 2018 22:55:13 85 0

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib

İclasda bir sıra qərarlar qəbul olunub

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın cari fəaliyyəti ilə bağlı, xüsusilə, hazırda vəkilliyə sənəd qəbulunun yekunları, o cümlədən iki minə yaxın namizədin vəkilliyə sənəd verməsi, qəbul imtahanının 28 yanvar tarixində keçiriləcəyi barədə iclas iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, imtahanlar Prezident İlham Əliyevin vəkillərin sayının artırılması ilə bağlı Vəkillər Kollegiyasına tövsiyəsi nəzərə alınmaqla ən qısa vaxt ərzində keçiriləcək.

Həmçinin imtahanın keçirilməsinə qısa müddət qaldığı nəzərə alınaraq, natiq tərəfindən Vəkillərin İxtisas Komissiyasının üzvlərinin təyin olunması təklif olunub, Vəkillər Kollegiyasının üzvləri sırasından Qəmizə Qəhrəmanova, Ramiz İbrahimov, Oktay Məhərrəmov, Mehman Sultanov və Fərid Həsənov Rəyasət Heyətinin qərarı ilə komissiyanın üzvləri təyin olunub. Həmçinin ən qısa vaxt ərzində İxtisas Komissiyasının hakim və alim üzvlərinin təyin olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən, Ali Məhkəmə və Ədliyyə Nazirliyinə müraciət olunması qərara alınıb.

İclasda baxılmış digər məsələlərdən biri də Vəkillər Kollegiyası üzvlərinin reyestrinin Ədliyyə Nazirliyinin Notariat və qeydiyyat baş idarəsinə təqdim olunması idi. Bildirilmişdi ki, hazırda notariat orqanları müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi zamanı çətinliklərlə qarşılaşırlar. Çünki bir sıra hallarda vəkillər notariat orqanlarına bu kimi məsələlərlə bağlı müraciət edərkən onların üzərində onların səlahiyyətlərini təsdiq edən vəkil vəsiqələri olmaya bilir və ya hər hansı obyektiv səbəbdən vəkil öz vəsiqəsinin dəyişidirilməsi üçün Rəyasət Heyətinə müraciət etməli olur ki, belə olan halda vəkilin səlahiyyətini müəyyən etmək notariat orqanları üçün çətinlik yaradır. Məsələ ilə bağlı Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestrinin notariat elektron sisteminə qoşulması üçün müvafiq məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması qərara alınıb.

Bundan başqa, uzun illərdir istifadə olunan və müasir günün tələblərinə cavab verməyən vəkil qurumları və fərdi vəkillərin statistik hesabatlarının yeni nümunəsi təsdiq olunub, habelə vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin sorğularının göndərilməsinin daha da asanlaşlaşdırılması barədə qərar qəbul olunub.

İclas ərzində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılmış, uğurlu fəaliyyətinə görə bir sıra vəkillər təltif olunmuşlar. Eyni zamanda hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin hakimi, görkəmli hüquqşünas Rafael Qvaladze Rəyasət Heyətinin qərarı ilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adı ilə təltif olunub.

İclasda həmçinin vaxtilə Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanları uğurla keçmiş, lakin əsas iş yerlərini tərk etmədiklərinə görə üzvlüyünə qəbuldan imtina olunmuş hüquqşünasların Vəkillər Kollegiyasının üzvlüyünə qəbul məsələsi müzakirə olunmuş və həmin şəxslər kollegiya üzvlüyünə qəbul olunub.

Sonda kollegiya üzvlüyünə yeni qəbul olunmuş vəkillərin andiçməsi keçirilmiş, əsas etibarilə gənclərdən ibarət olan yeni vəkillərə fəaliyyətlərində uğurlar arzulanmış, vəkil peşəsinin nüfuzunun daim yüksək tutmaları onlara tövsiyə olunub.

Özünüdərk – xoşbəxtliyə gedən yoldur like
  • 13 Yan 22:55  
Digərləri Özünüdərk – xoşbəxtliyə gedən yoldur

Özünüdərk - əlbət ki, insan üçün ən vacib və ən əhəmiyyətli şeyl

arrow Ətraflı
"Onun təfəkkürü gicgic şüarlardan o tərəfə keçə bilmirdi" like
  • 13 Yan 22:52  
Digərləri "Onun təfəkkürü gicgic şüarlardan o tərəfə keçə bilmirdi"

Azərbaycanın gənc yazarlarından və jurnalistlərindənr olan Kəramət Böy

arrow Ətraflı
Xoşbəxtliyinə 1 addım da yaxınlaş! like
  • 13 Yan 22:50  
Digərləri Xoşbəxtliyinə 1 addım da yaxınlaş!

Xoşbəxt həyatın sirri 18 addımda gizlidir.

arrow Ətraflı
Cavan qocalar və qoca cavanlar like
  • 13 Yan 22:45  
Digərləri Cavan qocalar və qoca cavanlar

İslam məktəbinin verdiyi dərslər: ey cavanlar! Nəsihətimi qəbul edin! Ca

arrow Ətraflı
Dövlət borcu ən aşağı səviyyədə olan like
  • 13 Yan 22:40  
Digərləri Dövlət borcu ən aşağı səviyyədə olan

Dünyada bir çox ölkələr artan borclardan və büdcə kəsirlərdən əziyy

arrow Ətraflı
Mayami istirahətindən fotolar paylaşdı  FOTO like
  • 13 Yan 22:30  
Digərləri Mayami istirahətindən fotolar paylaşdı FOTO

Ötən həftə 21 yaşı tamam olmuş model Hayli Bolduin ABŞ-ın Florida ştat

arrow Ətraflı
Son vaxtların ən məşhur pəhrizi: Su orucu nədir? – like
  • 13 Yan 22:25  
Digərləri Son vaxtların ən məşhur pəhrizi: Su orucu nədir? –

Son zamanlar dünyada yalnız su ilə qidalanaraq pəhriz saxlayanların sayı a

arrow Ətraflı
İranda 4,6 bal gücündə zəlzələ olub like
  • 13 Yan 22:20  
Digərləri İranda 4,6 bal gücündə zəlzələ olub

İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
Rota virusunun ən çox yayıldığı aylar başlayıb like
  • 13 Yan 22:20  
Digərləri Rota virusunun ən çox yayıldığı aylar başlayıb

Uşaqlarda bağırsaq infeksiyalarına tez-tez rast gəlinir. Ən vaciblərində

arrow Ətraflı
Bir şəxsə yeyilməsi haram olan ət məhsulları hədiyyə veriblərsə... like
  • 13 Yan 22:15  
Digərləri Bir şəxsə yeyilməsi haram olan ət məhsulları hədiyyə veriblərsə...

Bir şəxsə yeyilməsi haram olan və ya şübhəli olan ət məhsulları (kolb

arrow Ətraflı
Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB like
  • 13 Yan 22:15  
Sosial Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB

Qadın xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə gətirilmişd

arrow Ətraflı
Suyun ortasında olan qəbir  Əbəlfəzl hərəmi like
  • 13 Yan 22:10  
Digərləri Suyun ortasında olan qəbir Əbəlfəzl hərəmi

74 yaşlı Şeyx Abbas, Həzrət Əbülfəzl-Abbas (ə) hərəminin 36 il xadimi

arrow Ətraflı
Elzanın anası: "Ona şeir yazmağı qadağan etmişdim" like
  • 13 Yan 22:07  
Şou-biznes Elzanın anası: "Ona şeir yazmağı qadağan etmişdim"

Əməkdar artist Elza Seyidcahanın anası qızı haqda açıqlama verib.   S

arrow Ətraflı
Mərasimə dekolteli donda getdi  FOTO like
  • 13 Yan 22:01  
Digərləri Mərasimə dekolteli donda getdi FOTO

Britaniyalı model və aktrisa Oliviya Baklend OK jurnalının təsis etdiyi &qu

arrow Ətraflı
Əsl insan haqqında hekayə like
  • 13 Yan 21:55  
Digərləri Əsl insan haqqında hekayə

Yeni il ərəfəsində anamın köhnə məktublarını qarışdırarkən, onun m

arrow Ətraflı