Cavan qocalar və qoca cavanlar


Digərləri 13 Yan 2018 22:45:00 885 0

Cavan qocalar və qoca cavanlar

İslam məktəbinin verdiyi dərslər: ey cavanlar! Nəsihətimi qəbul edin! Cavanlığınızı qoruyun, baxmayaraq ki, ilk əvvəl çətinliklə üzləşəcəksiniz. Bunu bilin ki, Allahın sizə verdiyi ömrü cavanlıqda boş şeylərə xərcləsəniz, qocalıqda əliboş qalacaqsınız.

O zaman ki, cavanlıq qüvvən var, onu təqvaya sərf et. Allahın bu müdrik sözünü unutma: "Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə - təqvadır". ("Bəqərə" 197).

Son.az deyerler.org-a istinadən bildirir ki, bir qoca kişiyə nəzər salırıq ki, dişlərinin tökülməsinə və belinin əyilməsinə baxmayaraq, hələ də sağlam baxışlara və bəsirətə malikdir. Gözləri işıq saçır və üzündən nuranilik yağır. Öz qüvvəsini və şadlığını əldən verməmişdir. Cavanlıq çağı hələ də davam etməkdədir.

Əksinə, bir cavanı görürük ki, hələ cavan olmasına baxmayaraq, qocalığın əlamətlərini qiyafəsindən görmək olur. Cavan olduğuna baxmayaraq, bir qədər yol gedəndən sonra yorulur. Ona tapşılan işlərdən boyun qaçırdır. Əgər bir işi görmək istəsə də, tez yorulur.

Bəs bunun səbəbi nədir?

Bəli, bu fərqin səbəbi ondadır ki, qoca cavan olan zaman iffət və etidala riayət etmiş, təqvaya sahib olmuşdur. Ona görə də cavanlıq qüvvəsini qocalığı üçün ehtiyat toplaya bilmişdi. Ancaq ikincisi - cavan adam - öz qüvvəsindən istifadədə ifrat etdiyi üçün həm cismi və həm də ruhi ehtiyatlarını əldən vermişdir. (Tebyan)