Nadanlardan olmayaq! Nadan insanların


Digərləri 13 Yan 2018 21:45:00 356 0

Nadanlardan olmayaq! Nadan insanların

Həzrət Peyğəmbər (s) nadan insanları bizə tanıtmaq üçün onların üç nişanəsini bəyan etmişdir ki, onlarla tanış olaq:

1. Allaha itaətsizlik etmək. 2. Qonşulara əziyyət vermək. 3. Əhdində sabitqədəm olmamaq.   Allaha itaətsizlik. Son.az deyerler.org-a istinadən bildirir ki, insanların əksər hissəsi zənn əhlidirlər, yəqin deyil. Çünki onların elmi ürfdə elm sayılır, həqiqətdə deyil. "Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən, Allah onların nə etdiklərini biləndir". ("Yunus" 36).   Alim o insandır ki, həqiqi elmi olsun və günahdan çəkinsin.   Qonşulara əziyyət vermək. Quran və hədislərimiz müsəlmanı ata və anasına, yaxınlarına və qonşularına hörmət etməyə və yaxşılıq etməyə dəvət edir. "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya, həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir". ("Nisa" 36).   Həzrət  Peyğəmbər (s) qonşuluq haqqı barəsində buyurur: "Əgər kömək istəsə - yardım et, əgər borc istəsə - borc ver, əgər yoxsuldursa - təmin et, əgər müsibət görsə - təsəlli ver, əgər ona xeyir çatsa - onu təbrik et, əgər xəstə olsa - ziyarətinə get, əgər dünyadan getsə - cənazəsini müşayiət et".   Əhdlərinə sadiq deyildirlər. Bütün insanlar bunu yaxşı dərk edir ki, verilən sözə əməl etmək və sadiq qalmaq - aqillərin əməlidir. Əgər cəmiyyətdə bu əmələ riayət olunmazsa, cəmiyyətin bünövrəsi sarsılar.   Əhdə vəfa etmək - möminin ən mühüm sifətlərindəndir. "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq ... əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən - etiqad, əməl və əxlaqdan ibarətdir)". ("Bəqərə" 177).   Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allaha və Qiyamət gününə mömin olar, əhdinə vəfalı olsun".