AlmaAtada dəmiryolu vağzalı təxliyə edilib


Dünya 13 Yan 2018 21:23:00 316 0

AlmaAtada dəmiryolu vağzalı təxliyə edilib

Qazaxıstanın Alma-Ata şəhərində Alma-Ata-1 dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə terrorizmə qarşı mübarizə üzrə şəhər operativ qərargahının rəsmi nümayəndəsi Santanat Azirbek bildirib.

S.Azirbek bildirib: "Saat 18:34-də dəmiryolu vağzalının gözləmə zalında şübhəli qutu tapılıb. Dərhal şəhərin bütün fövqəladə xidmətlərinə məlumat verilib. İlk növbədə, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ilkin reaksiya tədbirlər görülüb".

Onun sözlərinə görə, vağzalın ərazisindən 10 min insan təxliyə edilib.