Yevlax sakini ağrıkəsici dərmandan zəhərlənib


Sosial 13 Yan 2018 21:19:37 308 0

Yevlax sakini ağrıkəsici dərmandan zəhərlənib

Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib

Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1994-cü il təvəllüdlü qəsəbə sakini Dursun Hüseyn qızı Məmmədova dərman qəbul etdikdən sonra halı pisləşib, allerqik şok keçirib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

D.Məmmədovanın ağrıkəsici kimi istifadə olunan "Spazmalqon"dan zəhərləndiyi bildirilir.