Astarada yetişən nəhəng limon: çəkisi də, qiyməti də fərqlidir FOTO


Digərləri 13 Yan 2018 21:13:00 108 0

Astarada yetişən nəhəng limon: çəkisi də, qiyməti də fərqlidir   FOTO

"Bunu ilk dəfə Özbəkistana səfər edəndə gördüm"

Cənub zonası, xüsusən də Lənkəran-Astara bölgəsi öz zəngin süfrəsi ilə yanaşı, sitrus meyvələri ilə də tanınır. Özü də təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də məşhurdur. Astarada sitrusçuluq digər rayonlara nisbətən daha çox inkişaf edib. Astaranın Şiyəkəran kənd sakini Zəbiəli Əliyev uzun illərdir sitrus meyvələrinin əkini ilə məşğuldur. Zəbiəli kişi hələ sovetlər dövründə, sürücü işlədiyi vaxtlar öz həyətyanı sahəsində sitrus meyvələri əkib-becərməklə məşğul olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Zəbiəli Əliyevin həyətində ölçüsü və dadı ilə digərlərindən fərqlənən limon sortu da var. O, həmin limon sortunu başqa ölkədən gətirdiyini bildirir: "1994-cü ildə Özbəkistana naringi, portağal və limon satışı üçün getmişdim. Orada əsgərlik dostumu gördüm və onun qonağı oldum. Özbək dostum mənə onun həmyerlisi və dostu olan bir şəxsin sitrus meyvələri ilə məşğul olduğunu dedi. Dostumdan xahiş etdim ki, məni onunla tanış etsin. O da sağ olsun, xahişimi yerə salmadı və məni dostunun evinə apardı. Dostumla həmyerlisinin həyətinə girəndə orada eni 5-6 metr, uzunluğu isə 10 metr olan istixana gördüm. İstixananın içərisində müxtəlif növ ağaclar və limonlar var idi. Limon ağaclarında olan meyvəni gördükdə heyrətləndim. Bizim limonlardan ölçüsünə görə dəfələrlə böyük idi".

"Mən əvvəlcə inanmadım ki, bu meyvə limondur. Lakin bağın sahibi dedi ki, bu limondur və birini də kəsib dadına baxdım. Meyvənin dadına baxandan sonra limon olduğuna dəqiq əmin oldum. Həmin özbək təsərrüfatçıdan limon ağacının tingindən 1-2-ni istədim. O isə səxavətli davranaraq mənə 10 ədəd ting hədiyyə etdi. Kəndə qayıdan kimi o tingləri əkdim və təxminən bir ildən bir az artıq müddətdən sonra ağaclar artıq bar verməyə başladı. Amma 1996-cı ilin əvvəlində güclü şaxtalar oldu və bu 10 tingdən 9-u yandı. Gördüyünüz kimi indi də həmin bir ağac qalıb. Yaxşı da bar verir. Bu bir ağacdan 693 ting əldə etmişəm. Bu tinglərin bir hissəsini həyətin müxtəlif yerlərində əkmişəm, bir hissəsini isə satmışam" - deyə Z.Əliyev əlavə edir.

Zəbiəli kişi özbək limonunun yerli limonlardan fərqli olaraq ilboyu bar verdiyini deyir: "Yerli Astara və ya Lənkəran limonu ildə 1 dəfə bar verir ki, bu da payız aylarının axırı, qışda olur. Bu ağacda isə limonu dərdinsə, bir müddət sonra yenidən çiçəkləyir və meyvə yetişir. Həm də yerli limon ağacını əkdikdən 3 il sonra meyvə verməyə başlayır, bu ağac isə 1-1,5 il sonra bar verir. Yerli limonlarımızın ən ağırı 150 qram olur, özbək limonunun isə ən balacası 500, ən böyü isə 900 qramdır. Qiyməti də ölçüsünə görə dəyişir. Çox sərfəli ağacdır. Yerli limonların birinin qiyməti 35-50 qəpik arası dəyişirsə, bu limon 2-3 manatdır. Bəslənməsində və qulluğunda isə qəti fərq yoxdur. Bizim limona necə qulluq edilirsə, bu ağac da elədir".

Zəbiəli Əliyevlə eyni kənddə yaşayan bioloq Yunus Qulamov isə Özbəkistandan gətirilən "nəhəng limon"ların yerli limonlarla dadında və tərkibində də fərq olduğunu deyir: "Zəbiəli kişinin o vaxt Özbəkistandan gətirdiyi bu limon sortu yerli limonlardan daha da turşdur və tərkibində qiymətli maddələr daha çoxdur. Yəni bu limon qan təzyiqi olan insanlara daha tez təsir edir. Ümumiyyətlə, qalın qabıqlı limonlar digər limonlardan daha çox vitaminlərə sahib olmaları ilə fərqlənirlər. Onu da deyim ki, bir çox ölkələrdə insanlar içdikləri suyun tərkibinə limon şirəsi əlavə edirlər. Bu da bir çox xəstəliklərin, xüsusən də xərçəngin qarşısının alınmasında kömək edir. Buna görə də mən tövsiyə edərdim ki, vətəndaşlarımız limondan daha çox istifadə etsinlər".


Xəbərə aid fotolar

İmam Əli Həzrət Məhdinin qeybinin qəmini belə çəkirdi like
  • 13 Yan 21:10  
Digərləri İmam Əli Həzrət Məhdinin qeybinin qəmini belə çəkirdi

Əsbəğ ibni Nəbatə nəql edir: "Bir gün İmam Əlinin (ə) hüzuruna g

arrow Ətraflı
Amerikanı qarışdıracaq iddia: Tramp porno ulduza 130 min dollar  FOTO like
  • 13 Yan 21:07  
Digərləri Amerikanı qarışdıracaq iddia: Tramp porno ulduza 130 min dollar FOTO

Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Kohen iddiaları rədd edi

arrow Ətraflı
Hasilat başlayır: Sentyabrda qaz pulları gəlməyə başlayacaq like
  • 13 Yan 21:03  
Digərləri Hasilat başlayır: Sentyabrda qaz pulları gəlməyə başlayacaq

“Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın has

arrow Ətraflı
Şou ulduzu Tenerifedədir  FOTO like
  • 13 Yan 21:01  
Digərləri Şou ulduzu Tenerifedədir FOTO

Britaniyada populyar "Ex On The Beach" realiti-şousunun ulduzlarında

arrow Ətraflı
Yol polisindən sürücülərə hava xəbərdarlığı like
  • 13 Yan 20:56  
Digərləri Yol polisindən sürücülərə hava xəbərdarlığı

“Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərl

arrow Ətraflı
Bunlar İnsanları peşman edir like
  • 13 Yan 20:55  
Digərləri Bunlar İnsanları peşman edir

İnsanlar ən çox nəyə görə və nə zaman peşman olur? "Quora" s

arrow Ətraflı
Ərəb dənizində helikopter qəzaya uğrayıb: like
  • 13 Yan 20:51  
Dünya Ərəb dənizində helikopter qəzaya uğrayıb:

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin oldu

arrow Ətraflı
Düzgün satış strategiyası necə olmalıdır? like
  • 13 Yan 20:50  
Digərləri Düzgün satış strategiyası necə olmalıdır?

Noomarketinqin nəzəriyyəsinə, əsasən müştərinin psixoloji portreti onun

arrow Ətraflı
DİQQƏT! Mobil telefonlar mikrob daşıyıcısıdır  VİDEO like
  • 13 Yan 20:48  
Digərləri DİQQƏT! Mobil telefonlar mikrob daşıyıcısıdır VİDEO

Həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar ən böyük mi

arrow Ətraflı
Ölümdən qaçan iki dəstə like
  • 13 Yan 20:45  
Digərləri Ölümdən qaçan iki dəstə

İki dəstə davamlı olaraq ölümdən qaçarlar:

arrow Ətraflı
Donald Tramp müayinə olundu – like
  • 13 Yan 20:42  
Dünya Donald Tramp müayinə olundu –

Donald Tramp prezidentlik müayinəsindən keçib.

arrow Ətraflı
Tüklü dil sindromu  100 insandan like
  • 13 Yan 20:40  
Digərləri Tüklü dil sindromu 100 insandan

Tüklü dil sindromu 100 insandan 13-də müşahidə edilir. Mütəxəssislər b

arrow Ətraflı
Miloş Zeman və İrji Draqoş ikinci tura adlayıblar like
  • 13 Yan 20:37  
Dünya Miloş Zeman və İrji Draqoş ikinci tura adlayıblar

Çexiyanın hazırkı Prezidenti Miloş Zeman və Elmlər Akademiyasının sabiq

arrow Ətraflı
Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü like
  • 13 Yan 20:35  
Digərləri Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin oldu

arrow Ətraflı
O xəstəlik uşağı öldürə bilər, mütləq like
  • 13 Yan 20:35  
Digərləri O xəstəlik uşağı öldürə bilər, mütləq

Son günlər Kiyevdə qızılca epidemiyasının yayılması haqda xəbərlər y

arrow Ətraflı