Alma-Atada dəmiryolu vağzalı təxliyə edilib


Digərləri 13 Yan 2018 21:18:00 192 0

Alma-Atada dəmiryolu vağzalı təxliyə edilib

Qazaxıstanın Alma-Ata şəhərində Alma-Ata-1 dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib

Bakı. Qazaxıstanın Alma-Ata şəhərində Alma-Ata-1 dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə terrorizmə qarşı mübarizə üzrə şəhər operativ qərargahının rəsmi nümayəndəsi Santanat Azirbek bildirib. S.Azirbek bildirib: "Saat 18:34-də dəmiryolu vağzalının gözləmə zalında şübhəli qutu tapılıb. Dərhal şəhərin bütün fövqəladə xidmətlərinə məlumat verilib. İlk növbədə, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ilkin reaksiya tədbirlər görülüb".