Bunlar İnsanları peşman edir


Digərləri 13 Yan 2018 20:55:00 309 0

Bunlar İnsanları peşman edir

İnsanlar ən çox nəyə görə və nə zaman peşman olur? "Quora" saytı bunu araşdırıb. Belə ki, 50 yaşlı insanlar arasında aparılan araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:

Siqaret çəkməyin. "Siz indi məni görəydiniz kaş... imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!" - siqaret istifadəçilərdən biri belə deyir.Bəlkə, tərgidəsiniz?

Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

İsti fəsillərdə günəş kremindən istifadə edin. Son.az cazibe.info-ya istinadən bildirir ki, quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.

Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın.  Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. "Bu məsələyə sonra bir də qayıdaram" deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.

Doyunca yatın. Çalışın eyni saaatda yatıb, eyni saatda oyanmağı adət halına salasınız.

Dişlərinizə qulluq edin. Yaş artdıqca dişlərdəki problemlər də artır. Müalicə sizin vaxtınızı və pulunuzu aparacaq. Ona görə müalicəni gecikdirməyin.

İdmanla məşğul olun. Bu, çox vacibdir. İndi aktiv həyat tərzi keçirin ki, 50 yaşınızda da sağlam olasınız. Çəkinizi normada saxlayın.

Çox çətin olsa da, pulunuza qənaət edin. Düzdür, bu yorucu məsləhətdir. Ancaq çox vacibdir. 30 yaşında insanın az da olsa, qənaət edəcək pulu həmişə olur. İndidən qənaət edin ki, bir müddət sonra nəticəsini görə biləsiniz.

Əlinizdə olanlardan həzz almağı bacarın. Şikayət etməkdənsə, olanlara şükür etməyi öyrənin. İnanın, bu sizi çox xoşbəxt edəcək.

Xatirələrinizi qoruyun, əşyaları yox. 50 yaşda əşyalardan başqa heç nə əldə etmədiyinizin fərqinə varanda təəssüfləncəksiniz.

Yaxşılıq edin. Yaxşılıq etməyi öyrənin. Başqalarını xoşbəxt edəcək şeylər edin. Amma bunu ürəkdən edin. Əvəz gözləməyin.