Düzgün satış strategiyası necə olmalıdır?


Digərləri 13 Yan 2018 20:50:00 338 0

Düzgün satış strategiyası necə olmalıdır?

Noomarketinqin nəzəriyyəsinə, əsasən müştərinin psixoloji portreti onun həyatına inteqrasiya edilən ideyaların həcmi, xəritəsidir.

Bu gün dünyada özlərinin gələcək fəaliyyətləri ilə bağlı strateji biznes planları olmayan şirkət, müəssisə tapmaq çətindir. Yoxsa, biznes plan hazırlamayan şirkətin gələcəkdəki perspektivi sual atında qalmış olar. Təbii ki, şirkət maliyyə imkanlarına istinad edərək və rəqiblərini analiz edərək bu qənaətə gəlmiş olur.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkət yalnız kapitalını artırmaqla bu qızğın və qəddar rəqabət mübarizəsində qalib gəlməyə müvəffəq olacaq. Bu zaman şirkətin fəaliyyət istiqaməti də böyük rol oynayır. Bu önəmli və ya tələb olunan sahədir, yoxsa yox?

Onu da qeyd edim ki, hər birimizin bildiyi və XXI-ci əsrdə çox səslənən biznesin məqsədi müharibə etmək, rəqibə acıq vermək və qalib üzərində qələbə qazanmaq deyil. Əslində biznes gəlir əldə etmək, sosial rifahı daha da yaxşılaşdırmaq üçün insan fəaliyyətidir.

Bu yuxarda sadaladıqlarım olmasaydı "Matanat A", "Hell", "Embawood", "ASAN xidmət" brend ola bilməzdilər.

Yüksək nəticəni əldə etmək üçün iki növ strateji praktika var ki, onlardan istifadə etmək mütləqdir.

- Mövcud müştərilərdə fokuslanmaq;

- Müxtəlif müştəri kateqoriyasını əhatə etməyiniz üçün məqsədlər qoymalısınız. Bu daha çox seqmentləşməyinizə kömək olacaq.

Rəqabət artdıqca təkliflərin fərdiləşməsi qabarmış olacaq. Yəni, mövcud müştərilərə daha çox önəm verməklə parallel olaraq siz müştəri olmayan seqmentiniz haqqında da düşünməlisiniz.

Məsələn: 2013-cü ildə "ASAN xidmət" yarandıqda o günə qədər olan xidmət və müştəri məmnuniyyəti haqda bütün fikirlər yaxşı mənada alt-üst oldu. "ASAN xidmət" modeli əsasında bazarda olan şirkətlər anladılar ki, şəffaflıq necə olmalıdır.

Digər misal, 2015-ci ildə "Baku Bus" yarandıqdan sonra sərnişin daşıma, sərnişinə hörmət, peşəkar servislə bağlı düşüncələr dəyişdi. 2007-ci ildə "iPhone" bazara çıxdığı andan etibarən, "Apple" şirkəti müasir smartfon bazarını yaratmağa müvəffəq oldu. Bu kimi nümunələr daha çox sadalamaq olar. Belə bir fikir var ki, alıcılar özü-özlərini yaradırlar.

Bu isə o deməkdir ki, bazar ümumidir. Heç kimin heç kimdən bazarı almaq fikri yoxdur. Bu fizika qanunları ilə ziddiyyət təşkil edir. Məlumdur ki, enerji heçnədən yaranmır o sadəcə bir formadan digərinə keçir. Müştəri qazanmaq üçün isə enerji sərf etməlisiniz, çünki sadiq müştəri sonunda əlavə pul deməkdir. Məsələn: Öncə satdıqları eyni məhsul və xidmətə Cənab müştərinin qəlbini fəth etmək və ya pul xərclətdirmək üçün dəyər artıramağa başladılar.

Misal üçün "Beta Tea" Çəkiyə uyğun qutu - Yəni, bir çox çaylarda çəki bağlamanın üzərindəki çəki ilə eynilik təşkil etmir.