"Onu uşaq doğduğu zaman zorlayıblar":
Digərləri 13 Yan 2018 20:25:00 76 0
"Kişilər bir-birinin ardınca gəlirdilər. Dəhlizdə mənim otağımın qarşısında böyük növbə yaranmışdı. Bəzi müştərilər prezervativdən istifadə etməkdən imtina edir, mən şikayət edən zaman məni döyürdülər
Bu xəbəri də oxu: Ölkədə işsizlərin sayı azalıb
O, mənim gözlərimin düz içinə baxır və deyir: "Mənim həmin günü gördüklərim, nə vaxtsa yaşadığım ən dəhşətli şeylərdən biridir".
Telefon zəng çalanda səhər saat 11 idi və Yenny dəstəyi qaldırdı.
Zəng vuran polis idi və o, amansız rəftara məruz qalmış qadının tapıldığını bildirdi.
O, qadının fahişə ola biləcəyinə eyham vurdu.
"O, çox məyusdur, qışqırır. Qadın bizə məlum olmayan dildə, bəlkə də portuqal dilində danışır. Siz gələ bilərdiniz?"
Yenny LAWA - Latin American Women's Aid (Latın Amerika qadınlarına yardım) qeyri-hökumət təşkilatında çalışır.
Bu təşkilat Böyük Britaniyada yaşayan Latın Amerikasından olan qadınlara yardım edir.
O, bu qadınla görüşə portuqal dilini bilən həmkarıyla birgə getdi.
Polis bölməsində onlar qadına yaxınlaşanda "Qorxmayın, biz sizə kömək etmək üçün burdayıq. Qorxmayın ".
Buna cavab verən kədərlənmiş qadın ispanca danışmağa başladı.
"Mən ona dərhal dedim: sakitləşin, narahat olmayın, biz sizə kömək edəcəyik. Qorxmayın ", - Yenny danışır.
Cinsi köləliyə məruz qalan qadınların müalicəyə və psixoloji dəstəyə ehtiyacı var.
Həmin gündən 5 il keçib.
Hazırda Yenny Aude LAWA təşkilatına başçılıq edir.
Lakin o, həmin gün keçirdiyi sarsıntını yaxşı xatırlayır.
"Qadın tapılan zaman çəkilmiş şəkillər çox dəhşətli və sarsıdıcı idi".
"Polislər onu sarınmış halda tavandan asılı tapıblar. Bu vəziyyətdə onu zorlayıblar və bu vəziyyətdə ona abort ediblər. O, doğarkən ona təcavüz ediblər. O, çoxlu qan itirib ", - Yenny danışır.
İşgəncə
Bu qadın iş tapmaq üçün Kolumbiyadan İspaniyaya yollanıb.
Lakin o, İspaniyaya gələndə onu aldadıb, sənədlərini əlindən alıblar. Qadını bir neçə il fahişəliklə məşğul olmağa məcbur ediblər.
"Mən onunla ilk dəfə danışan zaman ondan harada olduğunu bilib-bilmədiyini soruşdum. O, mənə "İspaniyadayam" deyə cavab verdi. O, hətta Londona gətirildiyini bilmirdi", - deyə Yenny xatırlayır.
Qadını LAWA təşkilatının qadın zorakılığı qurbanları üçün sığınacağa aparıblar.
Yalnız bir neçə ay psixoloji müalicədən və əlavə emosional dəstəkdən sonra 26 yaşlı qadın öz hekayəsini danışmağa razılaşdı.
Son iki il ərzində Latın Amerikasından olan qızlarla bağlı 22 cinsi köləlik halı məlumdur
O danışır ki, onu maşınla evdən evə aparırdılar.
Lakin o, məhz harada yaşadığını bilmirdi, çünki ona küçəyə çıxmaq qadağan edilmişdi.
"Yadımdadır ki, sonuncu yaşadığım evdə qonşu otaqdan qadın qışqırıqları gəlirdi. Biz bir-birimizi tanımırdıq, çünki bizə ünsiyyət qurmaq qadağan edilmişdi ".
Yalnız indi qadın bilib ki, qonşular onun qışqırıqlarını eşidib və polisə müraciət ediblər.
Lakin polislər gəlib qapını döyəndə cavab verən olmayıb və onlar gediblər.
Qışqırıqlar isə davam edib. Doğuş zamanı təcavüzə məruz qalan qadının qışqırtısı o qədər ürək parçalayan olub ki, polislər sonunda onu tapa biliblər.
"Biz onunla tanış olanda onun demək olar ki dişi qalmamışdı. Onların istədiyini yerinə yetirmədikdə qadının dişlərini çıxarır, ya da saçını yolurdular", - Yenny deyir.
Kömək
LAWA və Britaniya rəhbərliyi ehtiyacı olan bu qadına köməklik göstərdilər.
Qadın o qədər dərin psixoloji xəsarət almışdı ki, ilk əvvəl yanında kişilər olan zaman başını qaldırmırdı.
Ona kömək psixoloji müalicə ilə məhdudlaşmayıb.
Ona diş və saçlarının bərpası ilə yanaşı cinsiyyət orqanlarının əməliyyatı da edilib.
"O, Kolumbiyanı tərk edən zaman necəydisə elə də görünmək istəyirdi. O mənə öz şəklini göstərdi. Bu, tamamilə başqa insan idi".
Sonunda qadın Kolumbiyaya qayıtmağa qərar verib.
Cinsi köləliyə məruz qalan qızların çoxu köməyi harda axtaracaqlarını bilmirlər
BBC İspanca xidməti cinsi ticarətin qurbanı olan Cənubi Afrikalı qadınla danışmağa müvəffəq olub.
Anna (təhlükəsizlik məqsədilə ad dəyişdirilib) İngiltərəyə 2000-ci ildə, 18 yaşı olarkən gəlib.
Xalası qızı onu Londona dəvət edib. O zaman qohumu tərəfindən cinsi zorakılığa məruz qaldığı üçün qaçmaq yolunu axtaran Anna dərhal razılaşıb.
Lakin onun Britaniya vizası olmadığı üçün, xalası qızı "tanışını" göndərənə qədər Anna bir neçə ayı Fransada keçirməli olub.
"O, sadəcə mənə baxdı və dedi: "Mən nə əmr etsəm onu edəcəksən", - Anna deyir. - "Mən elə qorxdum ki!"
Bakıda bələdiyəyə məxsus qarjın hasarı uçub, nəticədəbir nəfər ağ

Azərbaycanın uroloq-cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif

Yeni "iPhone X" istifadəçiləri smartfonların onlara yaratdıqları

Bütün insanlar dünyaya gələn zaman eyni rəngdə olurlar. Ancaq sonradan bi

Konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqiləri daxil edi

Dilini dirsəyinə çatdıran insanla rastlaşdınızmı? Bəs iki hava şarı a

Ağdamda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Alimlər, psixoloqlar daim bu mövzu üzərindən araşdırma aparır, xoşbəxt

Zaqatalada fındıq bağlarında qızğın iş gedir.

Artıq ikinci ildir ki, "SpaceX" işə düzəlmək üçün ən yaxşı

Sumqayıtda 19 yaşlı qız naməlum şəxslər tərəfindən vəhşicəsinə d

Çexiyanın hazırki Prezidenti Miloş Zeman səsvermənin ilkin nəticələrini
