“Qızılca olan hər 10 uşaqdan 1i öləcək”


Digərləri 13 Yan 2018 20:20:00 305 0

“Qızılca olan hər 10 uşaqdan 1i öləcək”

Azərbaycanın uroloq-cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl Kiyevdə yayılmış qızılca epidemiyası ilə bağlı bəzi faktlar açıqlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, o, şəhərdə epidemiyanın sürətlə yayılma səbəbi kimi peyvəndin vurulmadığını göstərib.

"Ümumdünya səhiyyə təşkilatı qızılcadan ildə ortalama 150 min insan vəfat etdiyini bildirir. Bunların əksəriyyəti 5 yaşına qədər uşaqlardır. Statistikaya əsasən qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri itiriləcək.

Kiyevdə epidemiyanın səbəbi qızılca peyvəndi vurulmuş insanların cəmiyyətdəki nisbətinin kritik həddən aşağı düşməsidir.

Kiyevdə qızılca peyvəndi vurulmuş uşaqların nisbəti 30%-dir. Romanın dediyinə görə Azərbaycanda da belədir. İnanıram. Bəzən belə bir şey eşidirsiniz:

-Uşağıma heç peyvənd vurdurmadım. Xəstələnmir də. Demək ki, peyvənd lazımsız şeydir. Yalandır. Öz də nadan yalanı.