Zaqatalanın fındıq bağlarında qızğın iş gedir VİDEO


Digərləri 13 Yan 2018 19:51:00 284 0

Zaqatalanın fındıq bağlarında qızğın iş gedir  VİDEO

Zaqatalada fındıq bağlarında qızğın iş gedir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ağaclar budanır, gübrələr verilir, suvarma işləri görülür. Kənd təsərrüfatının digər sahələri kimi fındıqçılıqda da düzgün qulluq prosesi məhsuladrlığa bilavasitə təsir göstərir.Təsərrüfatçılar daha yaxşı məhsul əldə etmək üçün ağaclara vaxtında qulluq göstərir, müxtəlif gübrələr verirlər. Sakinlər hər il bağlardan topladıqları məhsulu satıb, pul qazanmaqla yanaşı, budama zamanı qırdıqları artıq və qurumuş budaqlardan çırpı, odun kimi təndir-ocağın qalanmasında istifadə edirlər. Qış aylarında həyata keçirilən suvarma zamanı torpağın dərinliyinə qədər işləyən su donaraq yerin altında məskən salan gəmiriciləri, zərərvericiləri məhv edir.


Xəbərə aid video