'SpaceX' şirkətində çalışmaq nə deməkdir?


Digərləri 13 Yan 2018 19:50:00 290 0

'SpaceX' şirkətində çalışmaq nə deməkdir?

Artıq ikinci ildir ki, "SpaceX" işə düzəlmək üçün ən yaxşı şirkətlərdən biri hesab olunur. Bu cür reytinq isəGlassdoor saytındakı rəylər nəticəsində tərtib olunur. "SpaceX"in HR üzrə vitse-prezidenti Brian Bjelde işə düzəlmək barəsində bütün incəliklər və insanların nəyə görə Elon Musk-ın şirkətində çalışmaqdan xoşlarının gəldikləri barəsində danışıb.

Son.az technote.az-a istinadən bildirir ki, "SpaceX"də sizin CV məlumatlarına fikir verilməsi üçün nə etmək lazımdır? İlk öncə "SpaceX" öz işinə və məqsədyönlülüklərinə böyük ehtiras bəsləyən bacarıqlı kadrları axtarır. Şirkət artıq şirkətdə çalışan insanlardan daha bacarıqlılarını yığmağa çalışır. "SpaceX" kadrının hansısa işin öhdəsindən gələcəyini yoxlamaq üçün ən yaxşı üsul onun bacarıqlarının praktiki olaraq yoxlanmasıdır. Əgər şirkət işə qaynaqçını götürmək istəyirsə, müsahibə zamanı həmin şəxsdən nəyinsə qaynağını etməyi tələb olunacaq. Bu cür proses təkcə mühəndislər üçün deyil, həmdə şirkətin istənilən işçi namizədi üzərində aparılır.

Müsahibədə hansı suallar verilir? Bjelde-nin sözlərinə əsasən CV əsasən namizədin öz nailiyyətləri barəsində savadlı danışıq bacarığını əks etdirir. Namizədin əsl bacarıqlarını öyrənmək üçün müsahibə zamanı məsələn səhvlər və onları necə düzəltmək, motivasiya və namizədin çətinlikləri necə aşması barəsində suallar verilir.

Şirkətin korporativ mədəniyyəti haqqında: "SpaceX"in korporativ mədəniyyətinin mərkəzində şirkətin əsas missiyası durur. İnsanları digər planetlərə göndərmək. "Biz bu missiya haqqında uzun illər bundan öncə danışsaydıq, bizləri çox güman ki, dəli adlandırardılar. Lakin həmin vaxtlarda heç kim inanmırdı ki, biz Yer kürəsinin orbitinə raket göndərə biləcəyik. Biz bunu bacardıq. İndi isə biz 19 raket göndərmişik və onlardan 3-ü kosmosda təkrar olublar. Bizi tənqid edənlər bizim pərəstişkarlarımıza çevrilirlər" - deyə Bjelde bildirib.

Şirkətin hər bir işçisi onun missiyasını yerinə yetirməyə çalışır. Sizin nə ilə məşğul olduğunuzun fərqi yoxdur. Mühəndis layihələrinin rəhbərisiniz və ya işçilərə qəhvə verirsiniz. Bütün işçilər "SpaceX"in əsas məqsədinə ümumi töhfələrini verirlər. Həmin missiya isə şirkətin korporativ mədəniyyətinin əsas hissəsidir.