"Möcüzə qadın"ın donu niyə mübahisə doğurub?


Digərləri 13 Yan 2018 19:25:00 290 0

"Möcüzə qadın"ın donu niyə mübahisə doğurub?

Livanlı modelyer Elie Saab-ın Instagram-da israilli aktrisa Gal Gadot-un şəklini yerləşdirməsi internetdə əsl fırtına yaranıb.

Bir qədər keçmiş Saabın hazırladığı uzun donda olan aktrisanın görüntüsü dizaynerə məxsus sosial şəbəkə hesabından yığışdırılıb.

Wonder Woman (Möcüzə qadın) filmində baş rolu canlandıran Gal Gadot gənclikdə İsrail ordusunda təlimatçı vəzifəsində xidmət edib.

İsraillə Livan arasında diplomatik münasibətlər mövcud deyil və 1948-ci ildən bəri ölkələr nəzəri cəhətdən müharibə şəraitində qalır.

Elie Saab-a irad tutanlar deyir ki, o, bir livanlı kimi sabiq israilli hərbçiyə geyim hazırlamalı deyildi.

"Mən Elie Saaba sevgi və hörmətlə yanaşıram, lakin açıq danışaq - o yaratdığı libasın israilli aktrisa tərəfindən geyinməsinə razıdırmı?", - məşhur livanlı jurnalist Heba Bitar öz tivitində yazıb.