Heydər Əliyev prospekti - Hava limanı və Zığ - Hava limanı yollarında sürət həddi endirilib


Sosial 13 Yan 2018 18:31:12 368 0

Heydər Əliyev prospekti - Hava limanı və Zığ - Hava limanı yollarında sürət həddi endirilib

Həmin yollarda müvafiq olaraq sürüşkən yol işarəsi qoyulub

Heydər Əliyev prospekti-Hava limanı və Zığ-Hava limanı yollarında bütün zolaqlar üzrə sürətlər 20 km/saat endirilib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, sürət həddinin endirilməsinə səbəb hazırkı hava şəraitidir. Həmin yollarda müvafiq olaraq sürüşkən yol işarəsi qoyulub.