"Arsenal" Sançesin qiymətini açıqladı


İdman 13 Yan 2018 16:42:00 293 0

"Arsenal" Sançesin qiymətini açıqladı

İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksis Sançesin qiymətini açıqlayıb.

Goal.az “Sky Sports”a istinadən xəbər verir ki, London təmsilçisi çilili hücumçunu 35 milyon funt sterlinqə satmağı düşünür. Həmçinin 30 yaşlı forvardı almaq istəyən klub onun menecerinə də 5 milyon funt sterlinq ödəməli olacaq.

Aleksisin əsas müştərisi olan “Manchester City” isə 20 milyon funt sterlinqdən artıq xərcə düşmək istəmir. Mançesterlilər “Arsenal” ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq futbolçu üçün tələb olunan məbləğin çox olduğu qənaətindədirlər.

“Manchester City” ilə yanaşı, “Manchester United” də çilili hücumçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, A.Sançes 2014-cü ilin iyulunda İspaniya “Barcelona”sından məhz 35 milyon funt sterlinq qarşılığında “Arsenal”a transfer olunub.