Son günlər çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 13 Yan 2018 16:45:00 270 0

Son günlər çaylarda sululuq səviyyəsi dəyişib

Son 10 gün üzrə respublika çaylarında sululuq səviyyəsi açıqlanıb.

Bakı. Son 10 gün üzrə respublika çaylarında sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 135-140, Kiçik Qafqazın çaylarında 140-210, Lənkəran-Astara bölgəsi çaylarında 140, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.