"ATƏTin Media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər"


Siyasət 13 Yan 2018 16:05:16 74 0

"ATƏTin Media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər"

ATƏT-in Media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı "Amerikanın səsi" radiosuna müsahibəsində bəzi fikirlərinə münasibət bildirərəkən deyib.

Əli Həsənovun sözlərinə görə, təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır:

"Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizininin internetə çıxışı vardır. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir".

Əli Həsənov bildirib ki, ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək və söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz:

"Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir.

İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, cənab Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər".

Əli Həsənovun sözlərinə görə, Azərbaycan dövləti söz və məlumat azdlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır.

Türkiyə ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib like
  • 13 Yan 15:58  
Dünya Türkiyə ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib

Terrorçuların mövqeləri toplar və digər artileriya vasitələrindən atə

arrow Ətraflı
Milli Məclisin deputatı komaya düşüdü  FOTO like
  • 13 Yan 15:57  
Digərləri Milli Məclisin deputatı komaya düşüdü FOTO

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

arrow Ətraflı
Hollandiya klubu millimizin futbolçusunu buraxmadı like
  • 13 Yan 15:47  
İdman Hollandiya klubu millimizin futbolçusunu buraxmadı

Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azə

arrow Ətraflı
"Mercedes"də mənşəyi məlum olmayan ət məhsulları tapıldı like
  • 13 Yan 15:35  
Digərləri "Mercedes"də mənşəyi məlum olmayan ət məhsulları tapıldı

Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edil

arrow Ətraflı
Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib like
  • 13 Yan 15:32  
Digərləri Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığ

arrow Ətraflı
Dərman preparatlarının ölkəyə qeyriqanuni keçirilməsinin qarşısı alındı  FOTO like
  • 13 Yan 15:24  
Digərləri Dərman preparatlarının ölkəyə qeyriqanuni keçirilməsinin qarşısı alındı FOTO

Gömrük bəyannaməsi olmadan keçirilən dərman preparatları aşkar edilib.

arrow Ətraflı
Persi keçmiş komandasına qayıdır like
  • 13 Yan 15:22  
İdman Persi keçmiş komandasına qayıdır

"Fenerbahçe"nın hollandiyalı futbolçusu Robin van Persi

arrow Ətraflı
Ərdoğan: "ABŞ-ın Suriyada terrorçulara verdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir" like
  • 13 Yan 15:20  
Dünya Ərdoğan: "ABŞ-ın Suriyada terrorçulara verdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir"

Türkiyə prezidenti: "ABŞ ilan yuvasına girməkdə bu qədər israr edirsə,

arrow Ətraflı
Gəncədə zəncirvari qəza  VİDEO  FOTO like
  • 13 Yan 15:16  
Digərləri Gəncədə zəncirvari qəza VİDEO FOTO

Gəncə şəhərində yol qəzası baş verib. Son.az ARB TV istinadən xəb

arrow Ətraflı
Hindistanda qayıq aşdı: 40 məktəbli dənizə düşdü like
  • 13 Yan 15:12  
Dünya Hindistanda qayıq aşdı: 40 məktəbli dənizə düşdü

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində

arrow Ətraflı
Xaçmazda mənşəyi məlum olmayan at əti aşkarlanıb like
  • 13 Yan 15:09  
Digərləri Xaçmazda mənşəyi məlum olmayan at əti aşkarlanıb

Xaçmaz rayonu ərazisində xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsul

arrow Ətraflı
Xaçmazda at əti aşkar edilərək götürülüb like
  • 13 Yan 15:08  
Sosial Xaçmazda at əti aşkar edilərək götürülüb

Ətdən götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət

arrow Ətraflı
“Aygün Kazımova paltarını Kənan M.Min başına keçirib” like
  • 13 Yan 15:04  
Şou-biznes “Aygün Kazımova paltarını Kənan M.Min başına keçirib”

Müğənni Ceyla Əlizadə ARB TV-nin "Vüsalə ilə sözbəsöz" 

arrow Ətraflı