Persi keçmiş komandasına qayıdır


İdman 13 Yan 2018 15:22:00 319 0

Persi keçmiş komandasına qayıdır

"Fenerbahçe"nın hollandiyalı futbolçusu Robin van Persi ölkəsinə dönməyə hazırlaşır.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu keçmiş komandası olan "Feyenoord"a dönəcək. Bu barədə məlumatı komandanın baş məşqçisi Covanni van Bronkxorst verib. 42 yaşlı mütəxəssis bildirib ki, van Persinin transferi "Feyenoord" üçün faydalı olacaq. 

Qeyd edək ki, Hollandiya millisinin üzvü "Feyenoord"un yetirməsidir və 2004-cü ildən "Arsenal"a 2,75 milyon funt-sterlinq qarşılığında transfer edilib.