Hindistanda qayıq aşdı: 40 məktəbli dənizə düşdü


Dünya 13 Yan 2018 15:12:00 211 0

Hindistanda qayıq aşdı: 40 məktəbli dənizə düşdü

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib.

Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub.