"Real" Messini 250 milyona almaq istəyib?


İdman 13 Yan 2018 14:36:00 248 0

"Real" Messini 250 milyona almaq istəyib?

"Real" 2013-ci ildə Messinin 250 milyon avroya alması barədə məlumatı təkzib edib.

Goal.az xəbər verir ki, Almaniyanın "Spiegel" jurnalı, 2013-ci ilin iyununda, "Tottenham"ın orta sahə oyunçusu Qaret Beylin satın alınmasından iki ay əvvəl, "kral klubu"nun "Barcelona"nın hücumçusu Lionel Messi üçün 250 milyon avro xərcləməyə yaxın olduğunu yazmışdı. Argentinalı futbolçuya vergilər çıxdıqan sonra illik 23 milyon avro ilə 2021-ci ilə qədər müqavilə təklif olunub. Hətta, Messinin atası üçün bonus kimi 1 milyon avro ayrılıb. Həmin transfer reallaşsa idi, dünya futbolunda rekord olardı.

Madrid klubu bu xəbəri əsassız adlandırıb: "Bu xəbər tamamilə yalandır və reallıqla heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, "Barcelona" ilə yaxınlarda 2021-ci ilə qədər müqavilə imzalayan Messinin buraxılış qiyməti 700 milyon avrodur.