"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb


Digərləri 13 Yan 2018 14:22:00 238 0

"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb

Azərbaycan “Şahdəniz-2” ən böyük qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatına bu ilin sentyabrında başlamağı planlaşdırır.

Bakı. Ləman Zeynalova - Azərbaycan “Şahdəniz-2” ən böyük qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatına bu ilin sentyabrında başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə SOCAR-da "Natural Gas World (NGW)" məlumat verib. SOCAR-dan bildiriblər ki, "Şahdəniz-2" çərçivəsində ilkin hasilat böyük həcmdə olmayacaq. Transanadolu boru kəmərinin (TANAP) qazla doldurulmasına gəlincə (yanvarda başlanılması nəzərdə tutulur), şirkətdən qeyd ediblər ki, bu qazın mənbəyi "Şahdəniz-2" deyil, "Şahdəniz-1" yatağı olacaq.