Ağdaşda minik avtomobili ilə traktor toqquşub, sürücülər xəsarət alıb


Sosial 13 Yan 2018 14:09:53 300 0

Ağdaşda minik avtomobili ilə traktor toqquşub, sürücülər xəsarət alıb

“VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib

Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi “ VAZ - 21015” markalı avtomobil rayonun Kotavan kənd sakni Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi “Belarus” markalı qoşqulu traktorla toqquşub. 

Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. “VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.