“Neftçi”nin sonuncu rəqibi müəyyənləşdi


İdman 13 Yan 2018 13:22:00 253 0

“Neftçi”nin sonuncu rəqibi müəyyənləşdi

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Goal.az xəbər verir ki, "flaqman" yanvarın 30-da Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Sabah isə “Neftçi” “Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.