Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkənin arasındadır


Digərləri 13 Yan 2018 13:28:00 282 0

Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkənin arasındadır

Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi top-20 ölkənin arasındadır.

Bakı. Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi top-20 ölkənin arasındadır. İqtisadi İslahatların Təhlili və Kommunkasiya Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ”Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik 2017-2018” hesabatının “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyası ilə bağlı hesabata şərh verən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad inkişafı isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir: “Prezident İlham Əliyevin dediyi kimi ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihənin dayandırılmayıb, əksinə 2017-ci ildə rekord sayda - 221 min yeni iş yerinin yaradılması əhalinin hökümətə etimadının daha da artmasına səbəb olub”.