Kafedə 46 nəfər zəhərləndi Buryatiyada


Dünya 13 Yan 2018 13:11:00 262 0

Kafedə 46 nəfər zəhərləndi  Buryatiyada

Buryatiya paytaxtı Ulan-Udedə 46 nəfər kafedə yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, xəstəxanaya müraciət edənlərin kafedə sanitar qaydaların pozulması səbəbindən salmonell ibakteriyasından zəhərləndikləri bildirilib.

İlkin olaraq mədə ağrıları ilə xəstəxanaya 36 nəfər müraciət edib. Hazırda isə xəstəxanada 8-i yeniyetmə olmaqla 46 nəfərin zəhərlənmə diaqnozu ilə müalicə aldığı bildirilib.

Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağırlıqlı qiymətləndirilir.