Bakı sakinlərini qorxutmaq istəyən iki nəfər tutuldu


Digərləri 13 Yan 2018 13:15:00 238 0

Bakı sakinlərini qorxutmaq istəyən iki nəfər tutuldu

Polis Bakıda terrorçuluq barədə yalan məlumat yayanları yaxalayıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumatda bildirilir ki, yanvarın 12-də saat 12.38-də FHN-nin "112" Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.

Məlumat DİN-in "102" Xidmətinə ötürülüb.

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər "isti izlər"lə müəyyən edilərək saxlanılıblar.