Həyat yoldaşının qadağası onu ən böyük arzusundan etdi


Digərləri 13 Yan 2018 12:21:00 247 0

Həyat yoldaşının qadağası onu ən böyük arzusundan etdi

Dünən "5/5" verilişində Zaurun qonağı olan xanım xanəndə Səkinə İsmayılova Hindistan filmlərinə, musiqisinə olan böyük sevgisini etiraf edib.

Son.az xəbər verir ki, aparıcı Zaur "Hind xanımlarına çox bənzəyir Səkinə xanım, elə deyilmi?" sözləri ilə üzünü tamaşaçılara tutub. Daha sonra o, Səkinə xanımdan hind mahnısı ifa etməyini istəyib. Xalq artisti Zaurun sözünü yerə salmayaraq, "Sanqan" hind filmindən bir mahnı ifa edib. 

İfası bitdikdən sonra Səkinə İsmayılova ailəsinin ona qoyduğu qadağadan danışıb:

"Sənətə gəldiyim ilk vaxtlardan filmlə bağlı problem oldu. Evdən sənətimə mane olmadılar, amma dedilər ki, filmə çəkilmək olmaz. Bu qadağa qoyuldu. Bu qadağa hələ də qalıb".


Xəbərə aid fotolar