“Qəbələ” istirahətdən qayıtdı


İdman 13 Yan 2018 12:13:00 309 0

“Qəbələ” istirahətdən qayıtdı

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Goal.az-ın məlumatına görə, “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət verən “qırmızı-qaralar” məşqlərini bərpa edib.

Komanda toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib.

Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun yetirmələri toplu çalışmalara üstünlük veriblər.