Millidə yeni məşqçi


İdman 13 Yan 2018 11:54:00 304 0

Millidə yeni məşqçi

Futbol üzrə Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Moldova yığmasının baş məşqçisi müəyyənləşib. 

Goal.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Aleksandr Spiridondur.

58 yaşlı mütəxəssislə 1+1 sistemi üzrə müqavilə imzalanıb. Spiridona Andrey Martin və qapıçılarla işləyən məşqçi kimi Sergey Botnaraş yardımçı olacaq. Daha 2 məşqçinin adı isə yaxın vaxtlarda açıqlanacaq.

Təlim-məşq toplanışına yanvarın 13-də başlayacaq Moldova yığması yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə qarşılaşacaq. Hər iki görüş Türkiyənin Antalya bölgəsində baş tutacaq.

Qeyd edək ki, Aleksandr Spiridon əvvəllər də Moldova yığmasında çalışıb. Onun 2001-ci ilə təsadüf edən debüt matçında məhz Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə əldə olunub. Spiridon Moldovanın gənclər yığmasında, yerli "Tiliqul", "Nistru", "Zimbru" klublarında da çalışıb. Təcrübəli mütəxəssis 2004 - 2016-cı illərdə Ukrayna "Şaxtyor"unda, 2016-cı ilin mayından 2017-ci ilin mayınadək isə Rusiya "Zenit"ində baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. Hazırda Luçesku Türkiyə yığmasına rəhbərlik edir.