DİN əməliyyat keçirdi - 5,5 kiloqramdan artıq narkotik aşkarlandı


Digərləri 13 Yan 2018 11:47:00 249 0

DİN əməliyyat keçirdi - 5,5 kiloqramdan artıq narkotik aşkarlandı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Samux rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə də baxış keçirilib və oradan daha 2 kiloqram 820 qram marixuana da aşkar edilərək götürülüb. Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən əlavə 1,45 qram, yaşadığı evə baxış zamanı isə 475 qram maxuana aşkar edilərək götürülüb.