Kaliforniyada Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib (FOTO)


Digərləri 13 Yan 2018 11:21:00 277 0

Kaliforniyada Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib (FOTO)

Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib.

Bakı. Kaliforniyanın San Xose şəhərində yanvarın 12-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.