DİN: Bakıda qadın evində qohumu tərəfindən qətlə yetirilib


Digərləri 13 Yan 2018 11:12:00 207 0

DİN: Bakıda qadın evində qohumu tərəfindən qətlə yetirilib

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətl hadisəsilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyi Bakıda törədilən qətl hadisəsilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Yanvarın 11-də 60 yaşlı Nigar Niftəliyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olan məlumat əsasında rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.