Rusiyanın QİSASI AĞIR OLDU


Dünya 13 Yan 2018 10:14:00 270 0

Rusiyanın QİSASI AĞIR OLDU

Rusiya dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücum edən terrorçuların kimliyini müəyyən edib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı qruplaşmadakı müəyyən edilən terrorçuların hamısı öldürülüb.

Rusiya Müdafiə Nazirliyi trəfindən edilən yazılı açıqlamada, 2017-ci ilin son gecəsi "Hmeymim" aviabazasına hücum edən terrorçuların Suriyanın İdlib regionundakı qərb sərhəddinə yaxın bir bölgədə müəyyən edildiyi deyilir.

Bölgədə terrorçulara aid bir pilotsuz təyyarəsinin (PUA) də təsbit edildiyi açıqlamada "Suriyadakı Rusiya Xüsusi Təyinatlılarının (Spetsnaz) əməliyyatı zamanı PUA-sı məhv edilərkən, "Hmeymim" aviabazasına hücum edən terrorçuların hamısı zərəsizləşdirilib" ifadələrinə yer verilib.


Xəbərə aid foto