20 yaşlı oğlan 451 milyon dollar uddu FOTO


Digərləri 13 Yan 2018 09:55:00 309 0

20 yaşlı oğlan 451 milyon dollar uddu  FOTO

"Aman Tanrım!"

"Aman Tanrım!"

20 yaşlı Şeyn Missler Facebook-dakı səhifəsində belə yazıb. O, "Mega Millions" lotereyasında cek-potu udub və 451 milyon dollara yiyələnib.

Son.az CBS-ə istinadən bildirir ki, əslən Men ştatından olan, ABŞ-ın Florida ştatındakı Pasko Kaunti bölgəsindəki Port-Riçi şəhərində yaşayan 20 yaşlı Şeyn uduşunu bütünlüklə almaq niyyətindədir.

"Mega Millions"un qaydalarına görə, əgər cek-pota yiyələnən şəxs uduşu 30 il ərzində hissə-hissə yox, birdəfəlik almaq fikrinə düşərsə, ona 451 milyon dollar yox, 281,2 milyon dollar veriləcək.

Şeyn uduşlu bileti Port-Riçidəki "7-Eleven store" marketindən alıb.

Şeyn Misslerin dediyinə görə, pulu hobbilərinə və istəklərinə xərcləmək, ailəsinə yardım etmək, habelə "bəşəriyyətin üzləşdiyi problemlərin həllinə kömək göstərmək" üçün xərcləmək niyyətindədir.

O, Port-Riçini tərk etməyi düşünür.


Xəbərə aid fotolar