Polis ötən gün axtarışda olan 26 nəfəri tutub


Kriminal 13 Yan 2018 09:22:00 262 0

Polis ötən gün axtarışda olan 26 nəfəri tutub

Azərbaycanda ötən gün qeydə alınan cinayətlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.