Məşhur prodüser vəfat etdi


Dünya 13 Yan 2018 09:05:28 258 0

Məşhur prodüser vəfat etdi

Britaniyalı quruluşçu rəssam, ikiqat "Oskar" mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, onun uzun illər xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir.

T.Marş "Şouşenqdən qaçış", "Qırmızı oktyabrın ovu" və "Yaşıl mil" filmlərin art-direktoru olub. "Doktor Jivaqo"(1965) və "Oliver"(1968) filmlərdəki işinə görə rəssam iki "Oskar" mükafatına layiq görülüb.