349 dollara “ağıllı” tuman yaradılacaq


Digərləri 13 Yan 2018 08:35:00 259 0

349 dollara “ağıllı” tuman yaradılacaq

ABŞ-ın "Myant" şirkəti "Skiin" adlanan "ağıllı" tuman kolleksiyası üçün sifarişlərə başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, şirkətdə qeyd edirlər ki, bu tərtibat orqanizmdə baş verən bütün proseslərə nəzarət etməyə imkan verəcək. Həmçinin bioloji ritmə müvafiq olaraq fəallıq qrafikini tərtib etməyə köməklik göstərəcək. 

"Skiin" tumanı ürək döyüntüsünü, temperaturu, təzyiqi, fiziki aktivliyi, tərləmənin müəyyən edilməsini izləməyə imkan verən sensorlara malikdir ki, ona da telefondakı əlavə ilə nəzarət etmək olacaq. 

Həmçinin smart alt paltarı "ağıllı ev"ə də nəzarət etməyə imkan verir. Məsələn, orqanizmin fiziki yüklənməsinə uyğun olaraq ətrafdakı temperaturu avtomatik olaraq uyğunlaşdıracaq və ya bioritmlərdən çıxış edərək musiqi pleylistini tərtib etməyə imkan verəcək.