Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var FOTO


Digərləri 13 Yan 2018 08:28:00 266 0

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var  FOTO

Bakıda motosikletlə avtomobil toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, Çaykovski küçəsində 1995-ci il təvəllüdlü Qənbərli Asim Rahim oğlu idarə etdiyi motosikletlə ön işıqları yandırmadan yüksək sürətlə hərəkət edən zaman Elnur Feyzullayevin idarə etdiyi "Mercedes"ə çırpılıb. Nəticədə motosikletin sürücüsü A. Qənbərli ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. "Mercedes"in sürücüsü E.Feyzullayev "Report"a bildirib ki, motosiklet nasaz vəziyyətdə olub. Motosikletin heç bir işığı olmayıb. Buna görə də avtomobilin sürücüsü onu görməyib. Faktla bağlı hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin avtotexniki ekspertiza təyin edilib.


Xəbərə aid fotolar