1 TBlıq ən kiçik fləş kart təqdim edilib


Digərləri 13 Yan 2018 08:01:00 364 0

1 TBlıq ən kiçik fləş kart təqdim edilib

"SanDisk" şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən "CES" sərgisində dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, ötən il təqdim edilmiş 2 TB tutuma malik "Kingston DataTraveler Ultimate GT" dünyada ən tutumlu fləş kart hesab edilir. "SanDisk" şirkətinin prototipi 1 TB tutuma malikdir.

Bundan başqa, "SanDisk"in prototipi "USB-C" interfeysinə (halbuki "Kingston" fləş kartında köhnə USB 3.0 texnologiyasından istifadə edilir) malikdir və bu, o deməkdir ki, yeni fləş kart yalnız kompüterlər arasında məlumatların ötürülməsi üçün deyil, həm də, məsələn, "Android" smartfonları arasında istifadə edilə bilər.