Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi


Digərləri 13 Yan 2018 08:08:00 281 0

Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib.

Son.az Trend-ə istinadən bildirir ki, o 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.

Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.

Saxlanılan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.