Naxçıvanda təbii qaz istehlakçılarının sayı açıqlanıb


Digərləri 13 Yan 2018 08:10:00 245 0

Naxçıvanda təbii qaz istehlakçılarının sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası üzrə təbii qaz istehlakçılarının 1 yanvar 2018-ci il tarixə ümumi sayı 88 min 80 olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Naxçıvanqaz" İstehsalat Birliyinin direktoru Ramin İsmayılov bildirib. O, qeyd edib ki, bunlardan 85 min 791-i əhali, 2 min 289-u isə qeyri-əhali abonentlərdir. Ötən il ərzində daxil olan müraciətlərə əsasən 893 mənzil, həmçinin müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Onlardan 812-si əhali, 81-i qeyri-əhali abonentlərdir. Muxtar respublikada istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə qaz təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir. Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının əvəz olunması istiqamətində ötən il işlər uğurla aparılıb. Belə ki, 2923 ədəd smartkart tipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb.