Böyük Britaniyada quş qripinə yeni yoluxma halları aşkar edilib


Dünya 13 Yan 2018 07:24:38 312 0

Böyük Britaniyada quş qripinə yeni yoluxma halları aşkar edilib

Bu virusun quşlar üçün “çox yolxucu” və “ölümcül” olduğu bildirilir

Böyük Britaniyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-şərqindəki Dorset qraflığında 17 vəhşi quşda H5N6 quş qripinə yoluxmanın yeni hallarını aşkar edib.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məluamata görə, bu, 2017-2018-ci illərdə rast gəlinən ilk haldır. Bu qripin ötən il Çində qeydə alınan yoluxma hallarından fərqləndiyi və insan səhhətinə təhlükə yaratmadığı bildirilir.

Bununla belə, virusun quşlar üçün çox yolxucu və ölümcül olduğu qeyd olunur.

Hakimiyyət orqanları quş fermaları sahiblərinə quşları yenidən qeydiyyatdan keçirməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.