Qadınlarda ayaq ölçüləri niyə teztez dəyişir? MARAQLI SƏBƏBLƏR FOTO


Digərləri 12 Yan 2018 23:57:00 346 0

Qadınlarda ayaq ölçüləri niyə teztez dəyişir?  MARAQLI SƏBƏBLƏR  FOTO

Sümüklərin zahiri forması irsi xüsusiyyətdən asılı olduğu qədər, əzələ fəaliyyətindən də asılıdır. Əzələlərin dartma qüvvəsi nəticəsində sümüklərin üzərində əzələ bağlanan yerdə hündürlüklər (çıxıntılar, qabarlar, çuxurlar və s.) əmələ gəlir. Bu da onu deməyə əsas verir ki, əzələ nə qədər çox inkişaf edərsə, sümük hündürlükləri də bir o qədər çox inkişaf edər.

Ümumilikdə insan orqanizmində sümüklərin inkişafı, boy artımı 25 yaşdan sonra yavaş-yavaş azalmağa başlayır. Lakin xüsusilə ayaq sümüklərinin inkişafı orta hesabla 15 yaşına qədər artıq tamamlanmış olur. Kişilərdə bu sabit qalsa da, qadınlarda tam əksinə dəyişir. Bəs bunun səbəbi nədir?

Son.az qadınların ayaq ölçülərinin dəyişkən olmasının maraqlı səbəblərini təqdim edir:

Həkimlər bu məsələni geniş tədqiq etdikdən sonra bu qənaətə gəliblər ki, qadınların ayaq ölçülərinin dəyişməsinə səbəb müəyyən yaş dövründə keçirtdikləri hormonal dəyişikliklərdir. Bu qətiyyən sümük böyüməsi, uzanması deyil. Diqqət etsəniz qadınlar 36 ölçüdə ayaqqabı geyindikləri halda müəyyən dövrdən sonra 2 ölçü böyük, yəni 39 ölçü ayaqqabı geyinirlər. Bu böyümə birbaşa qadınların həyatındakı 3 dövrlə əlaqəlidir:

1. Ilk olaraq, yetkinlik yaşına çatmış qızlarda aybaşı prosesinin başlaması ilə müşahidə edilir. Orqanizmdə gedən genişmiqyaslı dəyişikliklər sümük toxumalarına da təsir edərək onların artmasına səbəb olur. 2. Daha sonra hamiləlik dövründən sonra qadınlarda bəzi hormonlar oynaqlardakı sərt toxumalara - liqamentlərə və əzələlərə təsir edərək onları boşaldır. Bu dövrdə qazanılan əlavə çəkilər ağırlıq səbəbi ilə ayaqların pəncə və xüsusilə daban nahiyəsində müəyyən qədər enlənmələrə səbəb olur. 3. Ayaqqabı ölçüsünün dəyişməsinə səbəb olan üçüncü amil isə qadın orqanizminin sonuncu dəyişimə uğradığı proses yəni, "postemenopauz" adı verilən klimaks dövrüdür. Bu dövrdə isə əzələlərdəki tonus əskikliyi və sümüklərin yetərli mineral maddələrlə təmin edilməməsi ölçülərin dəyişməsinə gətirib çıxarır.


Xəbərə aid fotolar