Maraqlı araşdırma:


Digərləri 12 Yan 2018 23:24:00 287 0

Maraqlı araşdırma:

Texnologiyanın sürətli inkişafı müəyyən sahələrə təkan versə də, təhsil sistemində bir o qədər də yüksək nəticələr vermir. Belə ki, Belçikada Təhsil Nazirliyi ilə birlikdə Antverpen və Gent universitetlərindən olan bir qrup alim imtahan verən tələbələrin nəticələri arasında maraqlı müqayisə aparıblar.

Son.az xəbər verir ki, Belçikada təhsil zamanı daima smartfondan istifadə edən tələbələrin bilik səviyyələri, mobil telefonlardan daha az istifadə edənlərlə müqayisədə aşağı olub.

Araşdırma zamanı məlum olub ki, müntəzəm olaraq mobil telefonlardan istifadə edən tələbələrin bilik səviyyəsində zəiflik, qəbul imtahanları zamanı kobud şəkildə özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, tələbə dərs zamanı orta statistik rəqəmlərlə desək, 3-5 dəfə və ya 1 saat ərzində ən az 2 dəfə telefon ilə məşğul olur.

İmtahan nəticələrinə görə, telefonlardan daha az istifadə edən tələbələrin keçid balı minimum 69% təşkil edirsə, smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır.