Bədəninizi formalaşdıran atomlar Eynşteynə aid ola bilər


Digərləri 12 Yan 2018 23:02:00 239 0

Bədəninizi formalaşdıran atomlar Eynşteynə aid ola bilər

Bədənimizdə olan atomların 200 milyardı bir zamanlar yaşamış Aristotelə, Nyutona və ya Albert Eynşteynə aid ola bilər. Bəli, səhv eşitmədiniz. Hal-hazırda bədənimizi formalaşdıran atomlar bir zamanlar tam fərqli yerlərdə, tam fərqli insanlardaydı.

Son.az yasilelm.com-a istinadən bildirir ki, bədənimizdəki hüceyrələr və atomlar hər daima yenilənib dəyişir. Əslində, bədənimizin 70%-ni formalaşdıran su molekulları hər 8 gündə bir yenilənir. Bununla birlikdə, bədənimizi meydana gətirən atomların 98%-i hər il yenilənir. 7 ildən bir isə bədənimizdəki bütün atomlar yeniləriylə dəyişir. Yəni bu an əlimizi, üzümüzü, beynimizi meydana gətirən heç bir atom əslində 7 il əvvəlki atomlar deyil.

Bədənimizdəki tək bir hüceyrədə Samanyolundakı ümumi ulduz sayının 100 misli qədər, yəni 200 trilyon atom var və ortalama bir insan bədənində təxminən 100 trilyon hüceyrə mövcuddur. Bu rəqəmi özünüz hesablayın.

Bədənimiz bu qədər çox atom ehtiva etdiyi və bu atomlar çox tez yeniləndiyi üçün, əslində, dünya üzərindəki bütün atomlar bir dövriyyə içindədir. Poetik olaraq danışsaq, bu an bədənimizdə olan atomların 200 milyardı bir zamanlar Nizami Gəncəvinin və ya Şah İsmayılın bədənlərində olub deyə bilərik. Eyni şəkildə bədənimizdəki atomların 200 milyardı Babək Xürrəmidən, 200 milyardı bir dinozavrdan və təəssüf ki, 200 milyardı da Hitlerin bədənində idi.

Əgər fərqli tərəfdən baxsaq, bundan 1000 il sonra bir insan digər ulduz sistemlərindəki planetlərə ilk addımı atdığı zaman, ya da dünya xarici canlılarla ilk ünsiyyətə keçdiyi zaman o adamın bədənində olacaq atomlardan 200 milyardı tam bu an sizin bədəninizdə var.