Gurultulu musiqinin karlıqla necə nəticələndiyinə aydınlıq gətirilib


Digərləri 12 Yan 2018 22:53:00 253 0

Gurultulu musiqinin karlıqla necə nəticələndiyinə aydınlıq gətirilib

Nyu-York Lanqon Universitetinin otolarinqologiya professoru Uilyam Şapiro musiqi dinləmənin hansı hallarda karlığa səbəb ola biləcəyini izah edib. Belə ki, musiqi səsi təhlükəsiz səviyyədən yuxarı olduqda, qulaqcıqlar daxili qulağın zədələnməsinə gətirib çıxarır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, insanlar qulaqcıq vasitəsilə musiqinin səsini lazımi səviyyədən çox artırır və həkimlərin məsləhətinə etinasız yanaşmaqla davamlı olaraq eşitmə qabiliyyətini zədələyir. Amerikalı alim vurğulayır ki, ən çox təhlükəyə gənclər məruz qalır. Onun sözlərinə görə, gurultunun təsirindən artıq yeniyetmələrin 20 faizinin eşitmə qabiliyyəti bu və ya digər dərəcədə pozulub.

Professor bunun nə üçün baş verdiyini təfsilatı ilə izah edib. Belə ki, insanın hər qulağında səs vibrasiyalarını qəbul edən və qulaq hələzunu adlanan daxili struktur mövcuddur. Bu prosesi 15 min tükcük tənzimləyir. Səs dalğalarını müəyyən etmək üçün çox böyük əhəmiyyətə malik olan kiçik həssas tük hüceyrələri çox kövrəkdir. Bu hüceyrələr regenerasiya olunmur, onların zədələnməsi isə davamlı şəkildə baş verir. Məhz bu amil insanların bir çoxunda eşitmə qabiliyyətinin itirilməsi ilə nəticələnir.