"O xəstəlik uşağı öldürə bilər, mütləq peyvənd etdirin"


Digərləri 12 Yan 2018 22:43:00 295 0

"O xəstəlik uşağı öldürə bilər, mütləq peyvənd etdirin"

Son günlər Kiyevdə qızılca epidemiyasının yayılması haqda xəbərlər yayılır. Qeyd olunur ki, Ukraynada epidemiyanın yaranma səbəbi qızılca peyvəndi vurulmuş insanların cəmiyyətdəki nisbətinin kritik həddən aşağı düşməsidir. Həkim Roman Orkodoşvili Kiyevdə qızılca peyvəndi vurulmuş uşaqların nisbətinin 30% olduğunu açıqlayıb. O vurğulayır ki, Azərbaycanda da vəziyyət belədir.

Ümumdünya Səhiyyə Təşkilatı isə bildirir ki, qızılcadan ildə ortalama 150 min insan vəfat edir. Bunların əksəriyyəti 5 yaşına qədər olan uşaqlardır. Statistikaya görə, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri itiriləcək.

Bəs görəsən iddia edilən bu məsələ nə dərəcədə reallığa uyğundur? Ölkəmizdə valideynlər qızılcaya qarşı peyvənd etdirməyə niyə biganə yanaşır? Qızılcanın əlamətləri nələrdir və ondan necə qorunmaq olar?

Hava damcı yolu ilə yoluxur

Son.az bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran pediatr Vaqif Qarayev məlumat verir ki, qızılca hava damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir. Klassik gedişdə səpkilər mərhələlərlə olur. Birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda, əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpkilər görmək mümkündür. Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir.

Qızılcanın ağırlaşmaları çox təhlükəlidir

V. Qarayevin sözlərinə görə, qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Fəsadları hətta ölümlə də nəticələnə bilər: "Səpkiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur. Hətta qısa müddətdə uşağın həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər. El arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir. Qızılcada ölüm halları kifayət qədərdir. Qızılca meningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi ola bilər. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir".

Mütləq xəstəxanada müalicə almaq lazımdır