İntihar edən adamın cəsədini çəkib 15 milyon izləyicisi ilə paylaşdı


Digərləri 12 Yan 2018 22:46:00 293 0

İntihar edən adamın cəsədini çəkib 15 milyon izləyicisi ilə paylaşdı

"Yutub" şirkəti amerikalı fenomen Loqan Paul ilə kommersiya əlaqələrinə son qoyub.

Son.az xəbər verir ki, şirkət bu addımı L.Paulun Yaponiyadakı gəzintisi zamanı "İntihar meşəsi"ndə intihar edən bir nəfərin cəsədini videoya çəkərək 15 milyon izləyicisi ilə paylaşdığına görə edib.

Bu qərardan sonra "Yutub" fenomeni önəmli gəlir mənbəyi olan reklamlardan qazanc əldə edə bilməyəcək. Şirkət, eyni zamanda, 22 yaşlı bloqerlə birlikdə həyata keçirdiyi layihələri dayandırdığını da açıqlayıb. Beləliklə, Paul "Yutub" şirkətinin çəkdiyi heç bir filmdə rol almayacaq.